525.Az

Türkiyədə COVID-19-dan 169 nəfər dünyasını dəyişdi


 

Türkiyədə COVID-19-dan 169 nəfər dünyasını dəyişdi<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 169 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8314 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9109, ağır xəstələr isə 2311 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 373 115 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 246 047 nəfər sağalıb, 23 664 nəfər isə ölüb.

 





15.01.2021    çap et  çap et