525.Az

Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlandı


 

Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlandı<b style="color:red"></b>

Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb.

525.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransında nazir Fikrət Məmmədov deyib ki, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

İclasda dövlət başçısının bütün sahələrdə islahatlarının davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, büdcə xərclərinə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı və digər tapşırıqları diqqətə çatdırılaraq ədliyyə fəaliyyətinin ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində qurulması, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyinin, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyə sahəsində işin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr korpusunun peşəkar və mənəvi cəhətdən saf işçilərlə komplektləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi, regional idarələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə olunması və s. ilə bağlı konkret tapşırıqlar verilib.

Sonda bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

 





15.01.2021    çap et  çap et