525.Az

Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək


 

Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək<b style="color:red"></b>

Bu gündən yanvarın 18-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

525.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

 





16.01.2021    çap et  çap et