525.Az

Kafe, restoranlarda müştərilərə yerində xidmətlər bərpa olunur


 

Kafe, restoranlarda müştərilərə yerində xidmətlər bərpa olunur<b style="color:red"></b>

Azərbaycanda 1 fevraldan etibarən ictimai iaşə obyektləri,  eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur.

525.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Qərara əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

 





16.01.2021    çap et  çap et