|
|
|
|
Həftə sonları ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət davam edəcək.
525.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə xüsusi karantin rejiminin sonunadək məhdudiyyət tətbiq olunacaq.