525.Az

Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər


 

Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər<b style="color:red"></b>

"Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər mövcuddur".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev bildirib.
 
Onun sözlərinə görə, bunlardan ən əsası “soyuq zəncir” şəraitidir:

“Bu da vaksinlərin ölkəyə gətirilməsi, saxlanması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulmasıdır. İkinci məlumat bazasıdır. COVİD-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (e-TƏBİB üzərindən) və digər məlumat bazaları ilə inteqrasiya edilməsi, toplanan bütün məlumatların təhlil edilməsidir.

Vaksinasiya məntəqələrinin şəraiti məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Sonuncu vacib tələb qeydiyyata aiddir. Bu da peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən edilmiş sənədləşmə ehtiyaclarının qarşılanmasıdır”.

Vaksinasiya strategiyasının necə maliyyələşdiriləcəyi açıqlanıb.

Vaksinasiyaya dair digər tədbirlərimn görülməsi isə müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsi hesabına və digər maliyyə mənbələrindən olacaq.

 





16.01.2021    çap et  çap et