525.Az

Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib


 

Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib<b style="color:red"></b>

Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib. 

525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov qeyd edib ki, hələlik müəyyən miqdarda vaksin gətirilib. O, vaksinlərin mərhələli şəkildə ölkəyə gətiriləcəyini deyib.

“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik nəsə deyə bilmərəm”.

Ş. Mövsümov deyib ki, bu məsələyə hələlik baxılmayıb:
 
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlansın”.

“Bir insana iki doza vaksin lazımdır. Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür”.

Ş. Mövsümov deyib ki, ikitərəfli qaydada “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza “CoronaVac” vaksini alınacaq:
 
“Azərbaycana bu vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Çoxtərəfli COVAX platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq. Bizim əlavə 10 faiz də vaksin almaq, yəni bu göstəricini 20 faizə çatdıraraq 2 milyon insan üçün vaksin almaq imkanımız var”.

“COVAX çoxtərəfli platforması üzrə əhalinin 20 faizinin - 10 faiz+10 faiz olmaqla – vaksinasiya edilməsinə dair müqaviləmiz var. Bu, 2 milyon əhali edir. “Sinovac” şirkətindən də 2 milyon əhali üçün də 4 milyon doza alınacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov nə üçün əhalinin ən azı 60 faizi üçün vaksin sifariş edilməməsi ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, dünya təcrübəsinə əsasən, virusla mübarizədə uğur qazanmaq üçün əhalinin ən azı 60 faizində immunitet formalaşmalıdır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov başqa ölkələrdən koronavirusa qarşı vaksin alınıb-alınmayacağı məsələsinə aydınlıq gətirib.

Şahmar Mövsümov bildirib ki, hazırda başqa ölkələrdən vaksinlərin alınması məsələsinə baxılmır:
 
“Tibbi qərargah, Operativ qərargah bütün vaksin istehsalçıları ilə daim əlaqədədir. Dünyada nə baş verirsə xəbərimiz var”.

Qeyd edək ki, Azərbaycan Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini alıb.

 





16.01.2021    çap et  çap et