525.Az

Yanvarın 25-dən postlar ləğv olunacaq


 

Yanvarın 25-dən postlar ləğv olunacaq<b style="color:red"></b>

Yanvarın 25-dən etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv ediləcək.

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

DYP rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvar ayının 25-dən etibarən rayonlararası gediş-gəliş bərpa olunacaq:
 
“Bununla əlaqədar həmin yollardan qurulan postlar da ləğv ediləcək. Şəhər və ya rayon qeydiyyatı olmasından asılı olmayaraq hər kəsin sərbəst gediş-gəlişinə icazə veriləcək. Minik avtomobilləri ilə sərnişindaşımaya da icazə veriləcək. Müntəzəm marşrut avtobusları ilə sərnişindaşımaya isə icazə verilmir”. 

 





16.01.2021    çap et  çap et