ABŞ-ın Kaliforniya ştatı San Dieqo Zooparkında iki qorillada koronavirus aşkar olunub.
525.az xəbər verir ki, Kaliforniya bələdiyyə başçısı Qeyvin Nyusom, iki qorillada COVID-19 simptomlarının olduğunu və üzərində test edildiyini açıqlayıb. Beləliklə, koronavirus ilk dəfə bir meymun növündə aşkar edilib. Virusun onlara necə keçdiyi hələ araşdırılır, insandan və ya başqa bir heyvandan keçdiyi isə məlum deyil.
“San Dieqo Zoo Safari Parkı”nın veb saytındakı bir yazıda, qorillalara virusun simptomları olmayan, lakin virusa yoluxmuş bir işçidən keçmiş ola biləcəyi yazılıb.
El Roman