525.Az

Daha 402 nəfərdə koronavirus aşkarlandı: 650 sağalan, 15 ölən var


 

Daha 402 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">650 sağalan, 15 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226.951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214.423 nəfər müalicə olunaraq sağalıb, 2998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9530 nəfərdir.

Ötən müddət ərzində 2.311.417 test aparılıb. Bugünkü test sayı isə 8574-dür.

 





16.01.2021    çap et  çap et