525.Az

Kukla Teatrı azyaşlı tamaşaçılarını yenidən sevindirəcək


 

Kukla Teatrı azyaşlı tamaşaçılarını yenidən sevindirəcək<b style="color:red"></b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədəki hesabları vasitəsilə azyaşlı tamaşaçıları üçün “Qoğal” tamaşasını nümayiş etdirəcək.

525.az xəbər verir ki, yanvarın 17-də saat 12:00-da göstəriləcək tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.

 





16.01.2021    çap et  çap et