525.Az

Con F.Kennedi: Mərdliyin profilləri (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: Mərdliyin profilləri <b style="color:red">(davamı)</b>

IV

Tomas Hart Benton
 “Mən köpük populyarlığına nifrət edirəm    

Mister prezident, ser...”. Qıvrım qara saçlı Senator 1850-ci ildə az qala boş olan zalda danışırdı. Çıxış edənlə sözləşmiş əsəbi Senator daxil olmaqla burada qalanlar onun gərilmiş iri əzələlərini çiyinlərinin qalxdığını gördü onun soyuqqanlı cingiltili səslə, çətinliklə dediyi, qədim romalılara məxsus iri başından çıxan zəhərli mizrağa bənzəyənsersözünü eşitdilər.

Mister Prezident, ser... Mən heç vaxt sözləşməmişəm, ser. Lakin bəzən mən döyüşürəm, ser; mən döyüşəndə, ser, arxasınca matəm gəlir, ser”.

Heç kəs bunu Missuridən olan yaşlı Senator Tomas Hart Bentonun əbəs lovğalığı kimi qiymətləndirmədi. Həqiqətdə isə o, Sent-Luisin erkən vaxtlarından indiyədək heç kəsi öldürməmişdi, həmin vaxt Birləşmiş Ştatların mahal prokuroru bədbəxtlikdən kobud missurili ilə duelə çıxmışdı (doqquz addımlıqda!). Lakin bütün Senat bilirdi ki, Tomas Hart Benton sərt vuruşmağa atılan adamdır Senatın zalınaartıq tapança ilə deyil, beyni deşən sarkazmla, söyüşlə çıxırdı, buna baxmayaraq, natiqliyə sərt qızışdırılan debata öyrənmişdi. O, özü siyasi toqquşmaların yaralarına qarşı immunitetə malik idi, onun düşmənləri isə qanı tökülə-tökülə, əzilmiş halda geri çəkilirdilər. Onun böyük siyasi eqosu güclü sağlamlığı, fiziki cəhətdən olduğu kimi onu ruhi cəhətdən dərisi qalına çevirmişdi. (Onun dərisinin gön keyfiyyəti hər gün öz bədənini at qaşovu ilə daramasının nəticəsi idi, “ona görə ki, ser, Roma qladiatorları bunu edirdilər, ser”. Ondan əgər şotka həqiqətən kələ-kötürdürmü soruşduqda, o, qışqıracaqdır: “Nəyə görə, əgər mən sizə həmin şotka ilə toxunsaydım, siz qatil deyə, qışqırardınız, ser”).

Lakin indi, Senatdakı otuz ili əhatə edən axırıncı müddətində Benton sona çatmaq üçün özünün son böyük döyüşündə hücum altında idi  bu vaxt onun özünə siyasi matəm qismət olacaqdı. 1821-ci ildən 1844- ilədək o, Missuri siyasətinin mühüm şəxsi kimi, onun ilk Senatoru ən çox sevilən bütü kimi ştatı ali qaydada idarə etmişdi. Onun opponentlərindən birinin sözlərinə görə, bu belə məna verir ki, “istənilən adam üçün siyasi ölümqoca Bulliona” (Bentonun çətin pulu qazanmaq üçün vuruşmasından çıxarılan ləqəbi idi),  (“öküz” – bull milyard” – billion sözlərinin qəribə şəkildə birləşməsindən əmələ gəlmişditərcüməçi). Buna baxmayaraq, siyasətdə ekspert olmaqla, daim öz ştatı daxilində qeyri-populyar işləri müdafiə edir adamları tədricən valeh etdiyi dövr ərzində yenidən seçilmək barədə xahiş etməyə ehtiyac duymurdu. Bu bir fakt idi ki, o, təkcə özünə himayəçiliyə nifrət edirdi, lobbistlərdən gələn Konqressin rüşvət xeyriyyə mədaxilləri siyasətçiləri narahat edə bilərdi, lakin Missuri adamını yox! Missuri qanunvericiliyi üçün Demokratik namizəddən tələb olunurdu ki, onların kampaniyalarının alçaldıcı məğlubiyyətinin acısı altında özünün yenidən seçilməsi üçün səs vermək öhdəliyini götürsün. İlk Senator hətta ardıcıl olaraq otuz il xidmət etmişdi, yeni ştatdan heç bir başqa Senatorun iddia edə bilmədiyi halda, Tomas Hart Benton görkəmli mövqeyə nail olmuşdu o, Qərbi nəhayətsiz enerji ilə müdafiə etmişdi, başqa heç bir müxalif namizəd bu məsələdə onunla yarışa bilməzdi. Poni Ekspress, teleqraf xətti ştat daxilindəki magistral yollar onun iftixar bəslədiyi nailiyyətlərdən biri idi trans-kontinental dəmir yolu, tam inkişaf etmiş, əhalisi resursları ilə varlı olan Qərb onun arzularını təşkil edirdi. Senatın atası xalqın müdafiəçisi olan Bentonu məğlub etmək olardımı? “Heç kəs Bentona qarşı çıxa bilməzdi, ser”,- deyə o, qışqıracaqdı. “Çomaqla döyən az sayda vəkillərdən başqa heç kəs; onlar Bentonun opponentləridirBenton xalq, Benton demokratiya bir eynidir, ser; sinonim terminlərdir, ser, sinonim terminlər”.

1844- ildə zəruri məğlubiyyətin əl yazısı artıq divar üzərində meydana çıxmışdı. Qul ştatı olan Missuri tədricən daha güclü surətdə hiss etməyə başladı ki, onun sədaqəti Cənubun bacı ştatlarına məxsusdur. Bu ştat artıq özünün üsyankar Senatoruna şübhə ilə baxmağa meyl edirdi, onun əsas loyallığı partiyaya, sektsiyaya aid idi, ancaq Birliyə aid idi, bunun üçün o, vuruşurdudöyüş cəbhəsində Konqressdə baxışlarının sərt müstəqilliyi üçün o, istər Konqressin işində, istərsə Konqressdən kənarda döyüşmək niyyətini güdürdü. Onun Birliyə özünü həsr etməsi Cənuba ya Demokratik partiyaya onun həsr olunmasından çox böyük idi (opponentləri onu ittiham edirdilər ki, Benton 1844- ildə Demokratik partiyanın Milli Qurultayında demişdi ki, əgər qurultay Van Byureni tərk etməyə hazırlaşırsa, onda o, “Demokratik partiyanın 50 dəniz sajenindəki (bir dəniz sajeni 182 sm uzunluğundadırtərcüməçi) dərinlikdə cəhənnəm odunun ortasında batmasını görəcəkdir, bundan əvvəl isə mən mister Van Byurenə bir dyüm verəcəyəm”).

Qanunvericilik üçün kampaniya 1844- ilin başlanğıcında onun yenidən seçilməsinə ümid verirdi, qəflətən Benton öz ştatı partiyası ilə əlaqəsini qırdı, bunu o, Texasın anneksiya edilməsi barədəki müqavilənin məğlubiyyətinə görə etdi. İnanmışdı ki, bu müqavilə Kalhounun meksikalıların hüquqlarına ya müqavimətinə, siyasi, quldarlıq sektsionist niyyətlərə məhəl qoymadan bəsləyib üzə çıxardığı qəsddir. Benton həqiqətəntaleyin manifestininmilli müstəvidə Qərbə doğru genişlənməsini alqışlayırdıöz siyasi düşmənlərinə kömək edirdi ki, ona açıq hücum etmək imkanını seçsinlər. Bentonun təsdiq etdiyinin əksinə Texas müqaviləsi Missuridə populyar idi, o bilmirdi ki, seçiciləri həqiqətənmi onun mövqeyinə əksdirlərmi:

Əgər onlar mən bildiyim kimidirlərsə, mən öz yerimdən istefa verəcəyəm; çünki onların məlum arzuları əleyhinə səs verməklə zorakılıq edə bilərəm, ona səs verməklə öz konstitusional əxlaqi borc düşüncəmə zorakılıq edə bilərəm. Əgər mənim siyasi həyatımı alternativ söndürəcəksə, mən onu qəbul etməliyəm”.

Öz partiyasına sektsiyasına satqın yarlığı vurmaqla, Viqlərə britaniyalılara qoşulmaqla, Benton Missuri Qanunvericiliyinin görkəmli namizədlərinin dəstəyini açıqca itirdi bütün qaydalarda şəxsi hücumların obyektinə çevrildioranın sakini olmayan, öz borcunu yerinə yetirməyən ictimai rəyin nifrət etdiyi adam kimi MissurininRegisterqəzeti elan etmişdi ki, Senator Bentonürəyində demaqoq tirandır. Xristianlıqda özü haqqında ən böyük fikirdə olandır, eqosentrikdir. O, hara gedirsə, o, edirsə, bircə xarakterinihədələyən, həyasız, prinsipsiz demaqoq xarakterini göstərir”.

Lakin Benton hətta seçki ərəfəsində öz partiyasının Texas siyasətini ifşa etməsini davam etdirməkdə tərəddüd etmirdi. O, Senatda çıxış edərkən ittiham edirdi ki, Missuridəki onun siyasi əleyhdarlarını Kalhoun, Tayler onların dostları, “ştatın departamentinin pulunu ödədiyi 300 qəzet daxil olmaqla, onların çoxu elə gözə çarpan deyildir, hərəkətə gətirmişlər”. Adi vətəndaşlar arasında nəhəng populyarlığı onu Qanunvericilikdən keçirmişdiQanunvericiliyin iyirmi səkkiz səs ehtiyatından yalnız səkkiz səsə onun partiyası nəzarət edirdi. Elə həmin vaxt quldarlıq tərəfdarı Demokrat Atçison hələ qurtarmamış müddətə Senatı doldurmaq üçün otuz dörd səs ehtiyatı ilə seçildi. Senator Benton öz vəziyyətinin yazılmamış ümumi təlimatlarına əməl etməkdə çətinliklə səhvə yol verə bilərdieffekt şəklində: “Sən müstəqil dilini yumşalt, ser, Cənubun mövqeyində dayan ya labüd nəticələrdən əzab çək”.

Lakin Tennessi sərhədindəki çətin gənclik Tomas Hart Bentona özünü döyüşdən necə uzaqlaşdırmağı öyrətməmişdi, istər bu vəhşi heyvanla döyüş olsun, istər siyasətçilərlə döyüş olsun. (Onun Endryü Ceksonla münasibəti, bu, onun Tennessidə vəd edilən qanuni siyasi karyerasını tərk edib Missuriyə keçməsinə səbəb oldu, belə bir izahın subyekti idi ki, hər ikisi Vaşinqtonda olan vaxt möhkəm siyasi şəxsi dostlara çevrildilər. İllər keçdikdən sonra Bentondan yeni bir adam soruşanda ki, vaxtdan Ceksonu tanıyır, o, lovğa qaydada cavab vermişdi: “, ser, mən onu tanıyıram, ser; general Cekson çox böyük adamdır, ser. Mən ona güllə atmışam, ser. Sonralar o, mənə böyük yaxşılıq etdi, ser. Mənim Birləşmiş Ştatlar Bankı ilə davamda”). “Vəhşi bizonaoxşayan, – bəziləri isə onaəyilmiş palıd ağacıdeyirdi, – hər gün, hər bir işdə onun hücum etməsindən bütün millətin asılı olduğu fikrinə inanaraq o, Senata döndü.

1844-45-ci illərdəki onun məğlubiyyətə yaxın olmasının əksinə, Senator Benton Oreqonun ərazisinin genişlənməsi məsələsində cəsarətlə öz partiyasının ştatının əleyhinə çıxdı. Genişlənmə məsələsi barədə ictimai bəyənməni, xüsusən çox sayda vətəndaşlarını Oreqona göndərmiş Missuridə şəxsən özü qaldırsa dao, bu vaxt hiss etdi ki, “bütöv Oreqona ya heç ”, “əlli dörd qırx ya vuruşbarədəki Demokratik partiyanın mövqeyi qeyri-adi dərəcədə qeyri-realdır. İngiltərə Kanada ilə sövdələşmək şüarlarına sadiq qalmağın əleyhinə prezident Polkla məsləhətləşib, o, baxışlarındakı səhvi düzəltməkdən imtina etmələrinəxüsusən miçiqanlı Lyuis Kassa görə Senatda Demokratik kolleqalarına hücum etdi. Busadə şeylərinMissuri atlarını fiziki ruhi cəhətdən kor edən xəstəlik növü olduğunu izah etdi, hansı ki, həmin xəstəlik yalnız baytar həkimi hansısa bir əsəbi kəsən vaxt sağala bilər. O, elan etdi ki, “Kassı sadə şeylər naminə kəsəcəkdir, ser onu müalicə edəcəkdir”.

Yenidən ona qorxaq satqın kimi hücum edildi, onun tərcümeyi-hal yazanları inanırdılar ki, “yəqin ki, tarixdə heç kəs həmin vaxt olduğu kimi onun tək qaralanmamışdır”.

Lakin Benton öz müstəqil yolu ilə gedirdi bu, artan dərəcədə ayrıca xətt idi. O, Viq partiyasının üstünə getmədi, onun az əhəmiyyətli siyasətçiləri barədə deyirdi ki, “məni dərk etməyə qadir olmağı, bunu ildə 12 dəfə bala verən dovşandan artıq bacarmazlar, onu inandırdılar ki, filin boğazlığı isə 2 il çəkir”. O, Vaşinqtonun hər yerində qaynaşan lobbiçilərdən maliyyə yardımı almağı axtarmırdı, bir qrupun gəmi qayırma sənayesi üçün subsidiya axtaran agentlinə demişdi ki, kömək üçün yalnız bir halda barmağını qaldıracaqdır ki, “ vaxt ki, gəmilər öz işini bitirib sənin kimi əclafları ölkədən kənara aparmaq üçün istifadə ediləcəkdir”. O, Missuri siyasi başçıları ilə sülh bağlamadı, Sent-Lyuis poçt şöbəsinin rəisindən xoşu gəlməməsini davam etdirirdi, belə səbəbdən ki, o, düşünürdü ki, hər göndəriş üçün kuryer şirkətinə müraciət edəndə Armstronq mümkün olan köməyi etməlidir.

Yalnız evində Benton dünya ilə sülh şəraitində idi. Onun qızı Cessi Benton Frimont öz memuarında yazır: “Ev ona dinclik rahatlıq gücü gətirirdi o, heç vaxt evdən kənardakı ictimai mübarizə atmosferinə girməkdən əzab çəkmirdi”. Lakin onun ailəsinin həyatının üstünü, iki oğlunun erkən yaşlarındakı ölümünün arvadının uzun müddət davam edən fiziki ruhi xəstəliyinin buludu almışdı. O, bütün vaxtlarda arvadına qayğı göstərmiş özünü ona həsr etmişdi. Hərarətli bir həsr olunmanın dərinliyi bir təsadüfdə açıldı, bu, kobud lovğalıqdan xeyli aşağıda dayanır. Benton fransız printsinə digər hörmətli qonaqlara qonaqpərvərlik göstərəndə, bu vaxt onun arvadı heç paltarını tam geyinmiş vəziyyətdə olmadan otağa girdi məhəbbət dolu gözlərlə ərinə baxmağa başladı. Senator Benton bundan sonra əmələ gələn utancaq sakitliyi pozub, hörmət əsasında yüksək qaydada arvadını printsə digər adamlara təqdim etdi, onu öz yanında oturtdu söhbəti yekunlaşdırdı.

Lakin Senatda o, tənha idi, çətin adam olmaqla, həm rəhmsiz idi. Kitablar kağız qalağı ilə o, öz stolundan qalxır dəfələrlə az qala boş qalereyalar ilə laqeyd zalla danışırdı. Benton minlərlə statistika məlumatlarını, klassik illüstrasiyaları əla metaforaları kolleqalarının üzərinə tökürdü, bu, məktəbdə formal təhsil almaqdan fikrin prinsipiallığından daha böyük idi. Nekroloq qeydi kimi sonralar bu təsvir olunurdu:

Bəzən təəccüblü qaydadakı bir hazırlıqla o, Roma hüququndan yunan filosoflarından, VergilininGeorgiyasından, “Min bir gecə nağıllarından, Herodotdan ya Sanço Pansadan, Müqəddəs xalçalardan, alman islahatçılarından ya Adam Smitdən, Fenelondan ya Hadibrasdan, Hekkanın Maliyyə Hesabatlarından ya Trent Şurasının etdiklərindən; Konstitusiyanın qəbul edilməsi debatlarından ya mətbəx kabinetinin (Endryü Ceksonun prezidentliyi dövründə onun yaxın ətrafının hökumətin işinə müdaxiləsi əslində hökuməti idarəetməsitərcüməçi) intriqalarından ya Konqressin mərhum üzvünün yaddan çıxmış bəzi çıxışından sitat gətirə bilirdi”.

(Ardı var)

 





25.02.2014    çap et  çap et