525.Az

Vaksinasiya 2 il ərzində dövlət ambulator-poliklinik müəssisələrində icra olunacaq


 

Vaksinasiya 2 il ərzində dövlət ambulator-poliklinik müəssisələrində icra olunacaq<b style="color:red"></b>

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılacaq.

525.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB Ədliyyə Nazirliyi 2021-ci il ərzində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələrinin dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılmasını təmin etməlidir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Ədliyyə Nazirliyinə 2021-2022-ci illərdə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya kampaniyasının icrasını təmin etmək tapşırılıb. 

 





16.01.2021    çap et  çap et