525.Az

“Komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdimi səlahiyyəti verilməyib"


 

“Komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdimi səlahiyyəti verilməyib"<b style="color:red"></b>

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün  yaradılmış komissiyaya “Veteran adı” və ya  “Veteran kitabçası"nın təqdim edilməsi səlahiyyəti verilməyib.

525.az-ın məlumatına görə, bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki,  vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər.

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq.

O, qeyd edib ki, fəaliyyətimizin genişləndirilməsi üçün 2 səyyar qrup daha yaradılması qərara alınıb.

"Yanvar ayının 18-dən etibarən Bakı şəhərində yerləşən Pirəküşkül qəsəbəsindəki hərbi hissədə və Gəncə şəhərində yerləşən hərbi hissənin ərazisində səyyar  komissiya fəaliyyət göstərəcək.

Yanvar ayının 11 dən Müdafiə Nazirliyinin əmri ilə yaradılan komissiyayada Bakı şəhəri üzrə  1751 nəfər, Füzuli rayonunda yaradılmış səyyar  komissiya tərəfindən 202 nəfər vətəndaş qəbul edilib.

O, qeyd edib ki, son 6 gündə qeydə alınan müsbət müraciətlərdən biri də bəzi vətəndaşların könüllü şəkildə komissiyada qalaraq insanlara köməklik göstərmək istəməsidir.

“Bu müraciətlər də nazirlik tərəfindən müsbət qarşılanır” -deyə Anar Eyvazov əlavə edib

 





17.01.2021    çap et  çap et