525.Az

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib


 

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonundan sonra Füzuli rayonuna səfər edib.

525.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə Şuşa yolunun tikinti işləri ilə tanış olan nümayəndə heyəti, daha sonra Füzuli şəhərinə gedərək ermənilərin 28 il talan edib, viran qoyduğu  şəhərinin qalıqları ilə tanış olublar.

Vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarına  baxıblar.

 





17.01.2021    çap et  çap et