525.Az

Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edildi


 

Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edildi<b style="color:red"></b>

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

525.az-ın xəbərinə görə,  Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işlərinin davam etdiyini deyib.

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı olduğunu öyrəndik”.

Vali  gəmidəki heyətdə 2-nin Rusiya, 10-nun Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfərin olduğunu deyib.

 





17.01.2021    çap et  çap et