525.Az

Almaniyada peyvənd olunanlar üçün irəli sürülən təklif qalmaqala səbəb oldu


 

Almaniyada peyvənd olunanlar üçün irəli sürülən təklif qalmaqala səbəb oldu<b style="color:red"></b>

Almaniya Xarici İşlər Naziri Hayko Maasın COVID-19-la bağlı peyvənd edilənlər üçün imtiyazların verilməsinə dair təklifi Alman cəmiyyətində böyük bir qalmaqala səbəb olub.

525.az APA-ya istinadla bildirir ki, yalnız sahə üzrə fəaliyyət göstərən təşkilatlar deyil, sosial şəbəkə üzvləri də bu fikri son dərəcə məsuliyyətsiz və zərərli hesab edirlər.

Bundan əvvəl də Maas, yerli mediaya verdiyi müsahibədə bildirmişdi ki, peyvənd edilənlərin hüquqları qaytarılmalıdır:

“Yalnız peyvənd edilən insanlar bir restoranda və ya kinoteatrda toplana bilərlər. Çünki onlar bir-birlərinə təhlükə yarada bilməzlər".

 





17.01.2021    çap et  çap et