525.Az

Amsterdamda polis etiraz aksiyalarında su şırnağından istifadə etdi


 

Amsterdamda polis etiraz aksiyalarında su şırnağından istifadə etdi<b style="color:red"></b>

Amsterdam polisi, ölkənin Nazirlər Kabinetinə qarşı keçirilən etiraz nümayişini dağıtmaq üçün su şırnağından istifadə edib.

525.az bildirir ki, bu barədə APA xəbər verir.

Məlumata görə, şəhər bələdiyyəsinin nümayişi qadağan etməsinə baxmayaraq, yüzlərlə insan Amsterdamdakı Muzey Meydanına toplaşıb və "Bir daha Ryutte kabinetinə səs verməyin!" şüarlarını səsləndirib.

Polis dəfələrlə nümayişçiləri meydanı tərk etməyə çağırsa da heç bir nəticə verməyib və bu səbəbdən su şırnağından istifadə edilib.

Etirazçılar eyni zamanda sosial məsafə saxlanılması qaydalarına əməl etməyiblər.

Qeyd edək ki, həftənin cümə  günü Niderlandın Baş naziri Mark Ryutte hökumətinin istefası üçün kral Villem-Alexandera müraciət edib. Onun bu qərara gəlməsi isə uşaq baxımı müavinətləri ilə bağlı yaranan qalmaqaldan sonra olub. Vergi idarəsi valideynləri səhvən fırıldaqçı adlandırdıqdan və onlardan uşaq baxımı ilə bağlı verilən müavinətin xəzinəyə geri ödəmələrini tələb etdikdən sonra yüzlərlə insan ciddi maddi problemlərlə üzləşib. Bəzi hallarda söhbət təxminən on min avronun geri qaytarılmasından gedirdi.

 





17.01.2021    çap et  çap et