525.Az

Türkiyədə COVID-19-dan 165 nəfər öldü


 

Türkiyədə COVID-19-dan 165 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 165 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6436 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8812, ağır xəstələr isə 2201 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları müəyyən edilməyən 2 387 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 262 864 nəfər sağalıb, 23 997 nəfər isə ölüb.

 





17.01.2021    çap et  çap et