525.Az

Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanıldı


 

Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanıldı<b style="color:red"></b>

Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb.

525.az APA-ya istinadən xəbər verir ki, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib.

Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq.

 





17.01.2021    çap et  çap et