525.Az

ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək


 

ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək<b style="color:red"></b>

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris sabah ABŞ Konqresinin Kaliforniya ştatından senatoru vəzifəsindən ayrılacaq.

525.az-ın Trend-ə istinadən məlumatına görə, Harris bu barədə Kaliforniya qubernatorunu məlumatlandırıb.

Yeni vitse-prezidentin köməkçilərindən biri Kamal Harrisin köhnə vəzifəsindən ayrılacağını rəsmi olaraq yanvarın 18-də elan edəcəyini deyib. Kaliforniyanın qubernatoru Nyusom Harrisin yerinə Aleks Padillanın təyin edildiyini bildirib.

Xatırladaq ki, Cozef Baydenin inauqurasiyasının yanvarın 20-də baş tutacağı gözlənilir.

 





17.01.2021    çap et  çap et