525.Az

“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir


 

“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir<b style="color:red"></b>

Yanvarın 19-dan 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi səbəbindən “Azərişıq” ASC gücləndirilmiş rejimdə işləyəcək.

ASC-dən 525.az-a verilən məlumata görə bununla bağlı qurum rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. İstehlakçılar qarşılaşdıqları problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 





18.01.2021    çap et  çap et