525.Az

“Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”


 

 “Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”<b style="color:red"></b>

“Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr üçtərəfli bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrin yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin cavabdehliyində olan zonadır.

“Bakı və İrəvanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir. Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

“Anladığım qədər Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb, o cümlədən Ermənistan özü tanımayıb. Bizim də tanımaq fikrimiz yoxdur”.

“Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı ekzotik suala gəldikdə isə, deyim ki, Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən tanınmır", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı hər hansı bir fikir olmayıb.

"Hesab edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”, - deyə S. Lavrov qeyd edib.

 





18.01.2021    çap et  çap et