525.Az

Alpinistlərdən yeni dünya rekordu


 

Alpinistlərdən yeni dünya rekordu<b style="color:red"></b>

10 nəfər nepallı alpinistdən ibarət bir qrup, yeni dünya rekorduna imza atıb.

525.az xəbər verir ki, onlar ilk dəfə qışda dünyanın ikinci ən yüksək dağı olan Çoqori (K2) zirvəsini qət edə biliblər. Qrupun üzvü olan alpinist Nimsday Purja zirvəyə yerli vaxtla 17: 00-da çatdıqlarını söyləyib. Bu qış yenə onlarla alpinist eyni nailiyyəti əldə etmək ümidi ilə 8,611 m-lik dağın zirvəsinə çıxmağa cəhd göstərib.  Bir ispan alpinist isə bu həftə sonu aşağı enən zaman yıxılaraq ölüb.

Qeyd edək ki, everestdən cəmi 200 metr qısa olan K2 zirvəsi, Pakistan-Çin sərhədini əhatə edən Karakoram silsiləsinin bir hissəsidir.

Bu dağ uzun müddətdir ki, "vəhşi dağ" olaraq adlandırılırdı. Ad, ABŞ alpinisti Corc Bellin 1953-cü ildə dağın zirvəsinə  çıxmaq  cəhdi haqqında dediklərindən sonra qalıb. Corc Bell demişdi: "Çoqori sizi öldürməyə çalışan vəhşi bir dağdır”.

El Roman

 





18.01.2021    çap et  çap et