525.Az

Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub


 

Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub<b style="color:red"></b>

Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunub.

525.az-ın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və radio yayım şəbəkəsinin tamamlanması üçün əhatə zonaları çıxarılıb.

Şuşa, Hadrut, Cəbrayıl, Laçın və Kəlbəcər radio-televiziya yayım stansiyalarında istismar olunacaq TV və FM radiovericilərinin gücləri hesablanıb. Aparılmış işlərin nəticəsi olaraq Şuranın 29 dekabr 2020-ci il tarixli qərarları ilə Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunub.

Hazırda Azərbaycan Respublikası ərazisində televiziya və radio yayımı sahəsində ümumilikdə 94 yayımçı və operator fəaliyyət göstərir.

Hesabatda qeyd olunub ki, bunlar: 12 ümumrespublika televiziya yayımçısı; 12 regional televiziya yayımçısı; 16 radio yayımçısı; 3 peyk televiziya yayımçısı; 17 kabel şəbəkəsi operatoru; 32 İPTV operatoru; 2 xarici televiziya kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operatorlardır.

 





18.01.2021    çap et  çap et