525.Az

Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirildi


 

Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirildi<b style="color:red"></b>

“Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib”.

Bu barədə 525.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova məlumat verib.

O bildirib ki, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib:

“O, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabildir”.

ARKİ sədri Eldar Quliyevin 80 illiyi münasibəti ilə təltif edildiyini də vurğulayıb.

Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün 80 yaşı tamam olur.

 





18.01.2021    çap et  çap et