525.Az

Bakıda oteldə silahlı quldurluq olub


 

Bakıda oteldə silahlı quldurluq olub<b style="color:red"></b> Bakıda quldurluq hadisəsi baş verib.
 
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə  hədələyərək  ondan 5547 manat və 3405 ABŞ dollar alıblar. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Camalov tutulub. Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 





25.02.2014    çap et  çap et