525.Az

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət etdi


 

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət etdi<b style="color:red"></b>

Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib.

525.az-ın məlumatına görə, nazirlik vətəndaşları Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb.

“Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən, işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlardan bu gündən etibarən həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verməsini xahiş edirik”, - deyə, müraciətdə bildirilir. 

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a. Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32.

 





18.01.2021    çap et  çap et