525.Az

Azərbaycanda 13 əxlaqsızlıq yuvası aşkarlanıb


 

Azərbaycanda 13 əxlaqsızlıq yuvası aşkarlanıb<b style="color:red"></b> Fevralın 13-dən bu günədək Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ölkədə xeyli əxlaqsızlıq yuvası və qadınları fahişəliyə cəlb edən şəxsi müəyyənləşdirib. Lent.az fevralın 13-dən 23-dək olan faktları təqdim edir:
 
 
13 fevral - 1993-cü il təvəllüdlü, Hacıqabul rayon sakini Kazımov Əmrah Ağababa oğlunun əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı aşkar edilib.
 
13 fevral - 1967-ci il təvəllüdlü, Bakı şəhər sakini Məmmədova Səkinə Əli qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
 
13 fevral - 1991-ci il təvəllüdlü, Cəbrayıl rayon sakini Qədimalıyeva Fəxriyyə Adil qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və insan alveri ilə məşğul olaraq Azərbaycan Respublikası vətəndaşları olan qadınları 2013-cü ildə Türkiyə Respublikasının Ankara şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.
 
15 fevral - 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Qüdrətova Lalə Mustafa qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və yaşadığı ünvanda əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı aşkar edilib.
 
16 fevral - 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Karnauxova Dilarə Vəzir qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və yaşadığı ünvanda əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı aşkar edilib.
 
18 fevral - 1987-ci il təvəllüdlü, Bakı şəhər sakini Abdullayev Rəşad Sərxan oğlunun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
 
19 fevral - 1971-ci il təvəllüdlü, Bakı şəhər sakini Məmmədzadə Kəmalə Oqtay qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və yaşadığı ünvanda əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı aşkar edilib.
 
20 fevral - 1988-ci il təvəllüdlü, Abşeron rayon sakini Qeybullayeva Ləman Qeybulla qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
 
20 fevral - 1988-ci il təvəllüdlü, Abşeron rayon sakini Qeybullayeva Ləman Qeybulla qızının gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
 
 
20 fevral - 1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Lena Qeorqiyevnanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
 
20 fevral - 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Mustafayev Gülverdi Müzəffər oğlunun sahibi olduğu “Dəniz” kafesində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması faktı aşkar edilib.
 
21 fevral - 1981-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Rüstəmov Rəşad Ağasəfər oğlunun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
 
23 fevral - Zakir Əliyev Buzovna qəsəbəsinin ərazisində icarəyə götürdüyü  kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
 
 





25.02.2014    çap et  çap et