525.Az

Daha 118 nəfərdə koronavirus aşkarlandı: 503 sağalan, 13 ölən var


 

Daha 118 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">503 sağalan, 13 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227.391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215.771 nəfər müalicə olunaraq sağalıb, 3.022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3399, ötən müddət ərzində isə ümumilikdə 2.321.592 test aparılıb.

 





18.01.2021    çap et  çap et