525.Az

Çexiyanın Xarici İşlər naziri koronavirusa yoluxdu


 

Çexiyanın Xarici İşlər naziri koronavirusa yoluxdu<b style="color:red"></b>

Çexiya Xarici İşlər naziri Tomaş Petrjçek, koronavirusa yoluxub.

525.az APA-ya istinadən xəbər verir ki, nazir özü məlumat verib.

Təcrid olunduğunu deyən T. Petrjçek bildirib ki, bazar günü koronavirus testinin cavabı müsbət olub. Bunla əlaqədar olaraq, o, növbəti günlər üçün nəzərdə tutulmuş iş proqramını ləğv edib.

Xatırladaq ki, daha əvvəl Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Jan Hamacek, Kənd təsərrüfatı naziri Jan Toman, həmçinin, Regional inkişaf naziri Klara Dostalova da koronavirusa yoluxmuşdu.

 





18.01.2021    çap et  çap et