525.Az

Koronavirus qorxusundan 3 ay hava limanında yaşadı — Foto


 

Koronavirus qorxusundan 3 ay hava limanında yaşadı — <b style="color:red">Foto </b>

ABŞ-ın Los Anceles şəhərində yaşayan Aditya Singh adlı şəxsin 3 aydır ki, COVID-19-a yoluxmaqdan qorxduğu üçün  Çikaqo  Beynəlxalq Hava Limanında yaşadığı ortaya çıxıb.

525.az xəbər verir ki, hava limanının təhlükəsiz hissəsində yaşayan 36 yaşlı Adityan burada başqasına məxsus vəsiqə taparaq  işçilərə təhvil verib. Bu zaman onun özünün işçi olmadığı aşkar edilib. O, hava limanında işləyənlərin xəbərdarlığının ardından tutularaq məhkəməyə təhvil verilib.

Məhkəmə zamanı Singh, sözü gedən şəxsiyyəti yerdə tapdığını söyləyib. Məlum olub ki, o, COVID-19 səbəbiylə evə getməkdən qorxub. Digər sərnişinlər isə onu görəndə yemək və su veriblər. Dövlət vəkilinin köməkçisi ona cinayət işi açılmayacağını bildirib. 36 yaşlı kişinin  magistr dərəcəsinə sahib olduğunu, lakin hazırda işsiz olduğu da qeyd edilib.

Baş verənlərin qeyri-adi olduğu qəbul edilir. Əlavə olaraq həmin şəxs 3 ay müddətində hava limanında ona qarşı heç bir şiddətin olmadığını vurğulayıb.

Aytac Aslan
 

 





19.01.2021    çap et  çap et