525.Az

ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır


 

ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır<b style="color:red"></b>

“ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır”.

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, bu suların həcmi, keyfiyyət göstəriciləri xəritələşdirilir:
 
“10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş, tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur. Sözsüz ki, bunun azaldıması istiqamətində tədbirlər görülür”.

 





19.01.2021    çap et  çap et