525.Az

Köhnə avtomobillərin utilizasiya proqramı hazırlanıb


 

Köhnə avtomobillərin utilizasiya proqramı hazırlanıb<b style="color:red"></b>

“Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub”.

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, bununla bağlı müvafiq qurumlar tərəfindən utilizasiya proqramı hazırlanıb:

“Artıq proqram razılaşdırma prosesinin son mərhələsindədir. Utilizasiya proqramı işə düşdükdən sonra artıq  avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə  edəcəyik”.

 





19.01.2021    çap et  çap et