525.Az

Bölgələrdə də vaksinasiyaya başlanıldı


 

Bölgələrdə də vaksinasiyaya başlanıldı<b style="color:red"></b>

Respublikanın bütün şəhər və rayonlarında COVID-19 qarşı vaksinasiyaya başlanılıb.

525.az-ın məlumatına görə, vaksinasiya prosesi xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.

Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19-a əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanacaq.

Vaksinasiyada Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.

 





19.01.2021    çap et  çap et