“Azərkitab-Kitab Mərkəzi"ndə karantin qaydaları çərçivəsində Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin ölməzliyə qovuşduğu 20 Yanvar faciəsinin 31 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib.
525.az xəbər verir ki, Mərkəzin əməkdaşları Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin məzarları üstünə qərənfil dəstələri qoyub,ehtiramlarını bildiriblər. Mərkəzdə keçirilən tədbirdə 20 Yanvar" şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və faciə ilə bağlı sənədli film nümayiş edilib.
"Azərkitab-Kitab Mərkəzi"nin layihə rəhbəri Sabir Həsənov 1990-cı il yanvarın 20- də sovet ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb.
Sabir Həsənov qeyd edib ki, "20 Yanvar" şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
Layihə rəhbəri "20 Yanvar" faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb. Anım gününün tam fəqli formatda keçirilməsi xüsüsilə qeyd olunmuşdur. Belə ki, Ali Baş Komandan cənab ilham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunmuş, pozulmuş hüquqlarəməz bərpa olunmuşdur.
Bu gün Şəhidlərimizin ruhu şaddır, onların qanı yerdə qalmadı. Artıq Qarabağda quruculuq işlərinə start verilmişdir.
Videobağlantıda şəhidlərin yaxınları, gənclər, qeyri-hökümət təşkilatlarının üzvləri, ziyalılar, dövlət və KİV təmsilçiləri iştirak ediblər.