525.Az

Türkiyədə COVID-19-dan 167 nəfər öldü


 

Türkiyədə COVID-19-dan 167 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 167 nəfər ölüb.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6818 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7218, ağır xəstələr isə 2162 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 399 781 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 277 987 nəfər sağalıb, 24 328 nəfər isə ölüb.

 





19.01.2021    çap et  çap et