525.Az

Qar Ağsu aşırımında və Muğanlı dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib


 

Qar Ağsu aşırımında və Muğanlı dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib<b style="color:red"></b>

İsmayıllı və Ağsu rayonlarına yağan qar magistral yolları ağ örpəyə bürüyüb, bəzi yerlər buz bağlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq dumanlı hava və yağan qar Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən bu avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolu buz bağladığından, avtomobillərin  hərəkəti qismən məhdudlaşıb.

Qarın yağması səbəbindən hazırda İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.

Hazırda İsmayıllı və Ağsunun yol istismarı idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənir, nəqliyyatın rahat hərəkəti üçün yollara duz və qum səpilir. Gecə saatlarında bu yolların yenidən buz bağlayacağı gözlənilir. Buna görə sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

 

 

 





20.01.2021    çap et  çap et