525.Az

Mezazoy dərinliyi və müasirlik


 

Mezazoy dərinliyi və müasirlik<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik    

Çoxəsrlik inkişaf yolu zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında görkəmli alim ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünə məxsus mühüm xidmətləri xüsusi yeri vardır. Akademik Akif Əlizadə ölkəmizdə beynəlxalq aləmdə geologiya sahəsində özünün elmi məktəbini yaratmış, yaradıcı fəaliyyəti yüksək təşkilatçılıq işi, fəal vətəndaşlıq missiyası ilə üzvi surətdə əlaqələndirməyi bacarmış böyük alim-təşkilatçı kimi qəbul olunur. Yarım əsrdən çoxdur ki o, geniş mənada yer elmləri təbiət elmlərinin, xüsusən geologiya elminin inkişafı sahəsində yorulmadan ardıcıl səmərəli şəkildə fəaliyyətini davam etdirməkdədir.

Akademik Akif Əlizadənin şəxsi elmi tərcümeyi-halı geniş mənada geologiya elmi Azərbaycan geologiyası ilə üzvi surətdə bağlıdır. Geologiya Akif Əlizadə üçün elmlə həyatı birləşdirən möhkəm bir körpüdür. Abşeron coğrafiyası mühitində formalaşmış, Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmiş, qısa müddət Suraxanıneft mədənlərində çalışmış Akif Əlizadə 1957-ci ildən etibarən taleyini həmişəlik olaraq geologiya elminə bağlamışdır. Artıq 57 ildir ki o, Azərbaycan geologiya elminin inkişafı yollarında ardıcıl olaraq, yorulmadan səmərəli şəkildə fəaliyyət göstərməkdə davam edir.

Məlum olduğu kimi, Azərbaycan geologiya elmi son yüzillikdə formalaşmışdır. Ölkənin təbii sərvətləri nəzərə alınmaqla Azərbaycanda neft geologiyası dağ-mədən geologiyası daha çox inkişaf etmiş, perspektivli sahə kimi həmişə diqqət mərkəzində dayanmışdır. Bununla yanaşı, XX əsrdə Azərbaycanda paleontologiya elm sahəsi yaranmış Təbaşir dövrünün öyrənilməsi istiqamətində özünəməxsus mühüm nailiyyətlər qazanılmışdır. Akif Əlizadə həyatını həm Azərbaycan, həm dünya üçün yeni aktual olan paleontologiya sahəsinə həsr etmişdir. Yer kürəsinin Mezazoy qatının dərinliklərində baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin ciddi səmərəli araşdırmaları ilə yeni bir dərinlik qazanmışdır. Akademik Akif Əlizadənin tədqiqatları Aralıq dənizi ətrafından Qafqaza, Xəzər dənizi hövzəsinə qədərki böyük bir coğrafiyanı əhatə edir. Görkəmli alimin özünəməxsus paleontoloji metodları yanaşmaları ilə, necə deyərlər, Yerin təkinin dərinliklərinin geologiya ilə yanaşı coğrafiya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında riyazi elementlərin cəlb edilməsi vasitəsilə daha dəqiq öyrənilməsinin əhəmiyyəti, elmi cəhətdən faydalı olduğu əsaslandırılmışdır. Akif müəllimin böyük uğurla 1961-ci ildə təqdim etdiyi namizədlik, 1969-cu ildə müdafiəyə çıxardığı doktorluq dissertasiyaları Azərbaycan geopaleontologiyasında mühüm elmi hadisə kimi diqqəti cəlb etmişdir. Akademik Akif Əlizadənin imzası ilə yarım əsrdən artıq dövrdə təqdim olunan çoxsaylı əsərlər, monoqrafik tədqiqatlar, mühüm nəzəri təcrübi əhəmiyyətə malik olan məqalələr, elmi-kütləvi xarakterli əsərlər Azərbaycan geologiya elminin inkişaf yolunu, mühüm uğurlarını əks etdirən qiymətli zəngin irsdir. Akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunub ümumiləşdirilmişdir. Qafqazın Azərbaycan hissəsinin geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi akademik Akif Əlizadənin adı ilə bağlıdır. Bu, Azərbaycan geologiya elminə, azərbaycanşünaslığa sanballı elmi xidmətdir. Kiçik Qafqazın Macarıstanın timsalında Şərqi Avropanın Mezazoy qatının geopalentologiyasının, Təbaşir dövrünün müqayisəli tədqiqi məsələlərini geniş elmi ictimaiyyətə akademik Akif Əlizadə təqdim etmişdir. Müxtəlif illərdə Türkiyə, Böyük Britaniya, Norveç, İran alimləri ilə birgə apardığı, əksər məqamlarda rəhbərlik etdiyi elmi tədqiqatlar, beynəlxalq konfranslardakı məruzələri, dövlət reyestrlərinə daxil olan ixtiraları patentləri akademik Akif Əlizadənin Azərbaycandan uzaqlarda da elmi ictimaiyyət tərəfindən qəbul olunmuş görkəmli bir alim olduğunu isbat etmişdir. Akademik Akif Əlizadənin elmi rəhbərliyi ilə Bakıda, Moskvada, Xarkovda nüfuzlu Dissertasiya şuralarında uğurla müdafiə etmiş tanınmış yetirmələrinin əsərləri ilə Azərbaycan geologiya elmi daha da zənginləşmişdir. Başçılıq etdiyi konkret elmi istiqamət əsasında yaradılmış laboratoriyada çalışan alimlərin sistemli tədqiqatları da bura əlavə olunarsa, ölkəmizdə Təbaşir dövrünün geopaleontozoologiyası məktəbi formalaşmışdır. Bu, yəni Təbaşir dövrünün, Mezazoy qatının dərinliklərinin ozünəməxsusluqlarının faunasının, stratiqrafik materiallarının tədqiq edilməsi mühüm elmi nəticələrin əldə edilməsi akademik Akif Əlizadənin Azərbaycan paleontologiya elmində yaratdığı yeni elmi istiqamətdir. Bundan başqa, akademik Akif Əlizadə paleocoğrafiya, neft geologiyası, ekologiya istiqamətlərində dərinliklərə aparan qiymətli tədqiqat əsərlərinin müəllifidir. Akademik Akif Əlizadənin rəhbərliyi ilə hazırlanmış onun Baş redaktorluğu ilə nəşr olunmuş "Azərbaycan geologiyası" səkkizcildliyi Vətən elminə sanballı töhfədir. Akif Əlizadənin 2011-ci ildə "Nafta Press" nəşriyyatında çap etdirdiyi "Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ilində" kitabı Azərbaycan elm tarixi üçün qiymətli əlavədir. Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun haqlı olaraq yazdığı kimi, "Akif müəllim elmdə qazandığı görkəmli nailiyyətlərə, dünya elminə verdiyi töhfələrə, Azərbaycan elminin inkişafı yolunda göstərdiyi misilsiz xidmətlərə görə... məsuliyyətli akademik adını şərəflə daşıyır".

Tərcümeyi-halı akademik Akif Əlizadənin həm böyük elm təşkilatçısı olduğunu da təsdiq edir. Heç şübhəsiz, bu istiqamətdə onun nəsil səcərəsindən: ata babası Şeyxülislamlıq səviyyəsinə yüksəlmiş Axund Ağacavad oğlu Əlizadədən, tanınmış həkim səhiyyə təşkilatçısı olmuş atası Ağamehdi Əlizadədən gələn genetikanın da özünəməxsus rolu vardır. Bundan başqa, ali təhsil aldığı Azərbaycan Sənaye İnstitutunda, fəaliyyət göstərdiyi Elmlər Akademiyasında gənclər təşkilatından, tələbə elmi cəmiyyətindən başlanan yolun təşəbbüskarlığı təcrübəsi ilkin bünövrə, möhkəm təməl mənasında mühüm rol oynamışdır. Akif Əlizadə Elmlər Akademiyası sistemində ən gənc elmlər doktoru, ən cavan institut direktorunun müavini direktoru rekordunu qazanmış nadir insanlardandır. Hələ 35 yaşında ikən böyük uğurla doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almış Akif Əlizadə təkcə bu elm sahəsində deyil, bütövlükdə Azərbaycan elmində ən gənc elmlər doktorlarından biri olmuşdur. Azərbaycan Elmlər Akademiyası sistemində 36 yaşında elmi-tədqiqat institutu direktorunun müavini, 42 yaşında isə Geologiya İnstitutunun direktoru vəzifəsinə yüksəlməsi  elmi-təşkilati fəaliyyət baxımından ciddi bir rekorddur. Fikrimizcə, akademik Akif Əlizadə ölkəmizdə ən çox direktorluq stajına malik olan elm təşkilatçısıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu 38 ildir ki, akademik Akif Əlizadənin rəhbərliyi ilə səmərəli şəkildə fəaliyyətini davam etdirməkdədir. Fikrimcə, Geologiya İnstitutundakı ölkə elmi miqyasında nəzərəçarpacaq səviyyədə diqqəti cəlb edən keyfiyyət göstəriciləri 45 ilə yaxın davam edən rəhbərlik-təşkilatçılıq fəaliyyətinin böyük səmərəsini nəzərə çarpdırır. Belə ki, akademik Akif Əlizadənin rəhbərlik etdiyi Geologiya İnstitutu Azərbaycanda dünyada bu mötəbər elm sahəsi üzrə əsas mühüm elmi mərkəzlərdən biri hesab olunur. Geologiya İnstitutunda formalaşmış elmlər doktorları fəlsəfə doktorları, dosentlər professorlar, Elmlər Akademiyasının həqiqi müxbir üzvləri ölkəmizdə geologiya elminin tədqiqi, tədrisi, geoloji kəşfiyyat işlərinin idarə olunması sahələrində böyük mövqe qazanmış Vətənə sanballı töhfələr vermişlər.

Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasında inkişafın bütün pillələrini keçmişdir. Geologiya İnstitutunda baş laborant kimi fəaliyyətə başlayan Akif Əlizadənin kiçik elmi işçilikdən direktorluğa qədər keçdiyi zəngin şərəfli yol, təkamül prosesində qazandığı böyük təcrübə, əldə etdiyi əsas elmi nailiyyətlər sonrakı mərhələlərdə onun irəliyə doğru inkişafını şərtləndirmişdir. Elm sahəsində əldə etdiyi mühüm nəticələrə təşkilatçılıq istiqamətindəki böyük təcrübəsinə görə akademik Akif Əlizadənin vaxtilə Elmlər Akademiyasında Akademik katib vitse-prezident vəzifələrinə seçilməsi elmi ictimaiyyət tərəfindən təbii şəkildə qarşılanmışdır. Azərbaycan alimlərinin akademik heyəti 24 mart 2013- ildə yekdilliklə görkəmli elm xadimi, akademik Akif Əlizadəni Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçmişlər. Akademik Akif Əlizadənin Geologiya İnstitutunun kiçik elmi işçiliyindən Milli Elmlər Akademiyasının prezidentliyinə qədər keçdiyi keşməkeşli, mənalı, məsuliyyətli şərəfli yol böyük elmə, alimlik andına sədaqətin əhəmiyyətli bir nümunəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Akademiya hazırda inkişafının islahatlar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi elm strategiyasının, elmin inkişafı siyasətinin həyata keçirilməsi istiqamətində Milli Elmlər Akademiyasında mühüm addımlar atılmaqdadır. Hər şeydən əvvəl, Milli Elmlər Akademiyasının nüfuzunun artması, cəmiyyətin inkişafındakı rolunun qüvvətləndirilməsi istiqamətində düşünülmüş tədbirlər müəyyənləşdirilib gerçəkləşdirilir. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclaslarında respublika üçün faydalı əhəmiyyətli olan, nəzəri-təcrübi sanbalı ilə diqqəti cəlb edən problemlər müzakirəyə çıxarılır, geniş diskussiya şəraitində işgüzar səmərəli dialoqa geniş meydan açılır. Bu proses tədricən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarını da əhatə etməkdədir. Bundan başqa, Milli Elmlər Akademiyasının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində yeni təşəbbüslər irəli sürülür, çevik müasir idarəetmə qurumları, zamanın tələbindən doğan təzə struktur bölmələr yaradılır. Elmin təşkilində müasir idarəetmənin təmin olunmasında informasiya texnologiyalarının yeri meydanı surətlə genişləndirilir. Artıq Elmlər Akademiyası sistemində yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar konkret proqramlar həyata keçirilir. Bütün bunlar ölkədə azərbaycançılıq ideologiyasının daha da genişləndirilməsinə möhkəmləndirilməsinə xidmət edən  azərbaycanşünaslığın inkişafına doğru istiqamətləndirilir. Milli Elmlər Akademiyası müstəqil Azərbaycanın müasir inkişafında daha yaxından iştirak edir, cavabdehlik düşüncəsi dərinləşir.

Milli Elmlər Akademiyasında bu böyük elmi qurumun rəhbərinin çağırışı ilə fənlərarası, elm sahələri arası əlaqələrin təmin edilməsi, yaxınlaşdırılması proqramına start verilmişdir. Geologiya İnstitutunun direktoru görkəmli paleontoloq kimi həmin elm sahəsinin yer elmləri təbiət elmləri ilə əlaqələndirilməsi üzrə uzun illər ərzində sınaqdan çıxarılmış, elmi təcrübədə əhəmiyyətli olduğu isbat edilmiş fənlərarası əlaqələndirmənin hazırda Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin rəhbərliyi ilə Akademiya miqyasında həyata keçirilməsinə başlanılmışdır. Bu, həm geniş elmi dünyagörüşə, çoxsahəli qabiliyyətlərə bacarıqlara malik yeni elmi nəslin formalaşdırılmasına, həm elm sahələrinin qarşılıqlı surətdə zənginləşməsinə təkan verir.

Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri genişləndirilir. Cəmi bir neçə ay ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Polşa, Latviya, Belarus, Özbəkistan akademiyaları ilə imzaladığı sazişlər, əldə etdiyi razılaşmalar həm beynəlxalq elmi təcrübənin öyrənilməsinə, həm ölkəmizin elmi nailiyyətlərinin dünya miqyasında təbliğinə şərait yaradır.

Həmçinin Milli Elmlər Akademiyasında özü gənclər hərəkatından böyük elmə gəlmiş Akademiya rəhbərinin dəstəyi ilə gənc alimlərin mütəxəssislərin fəaliyyət dairəsinin genişləndirilməsinə, onlara tələbkarlıq qayğının artırılmasına xüsusi diqqət yetirilir. AMEA-nın prezidentinin təklifi əsasında Akademiyada gənc alimlər üçün xüsusi elmi jurnalın nəşrinin planlaşdırılması, gənc kadrların konkret işlərə cəlb olunması, doktorantların dünya ölkələrinə stajirovkaya göndərilməsi həmin prosesin inkişafda olduğunu göstərir.  Milli Elmlər Akademiyasında innovasiya yönlü elmi tədqiqatların, layihələrin icrası üçün sosial-iqtisadi tutumlu səmərələşdiricilik ixtiraçılıq fəaliyyətlərinə, istehsalatla əlaqəli proqramlara yol açılması da yeni mərhələnin islahatları sırasında dayanır. Bütün bunlar eyni zamanda Milli Elmlər Akademiyasının çoxcəhətli fəaliyyətini tənzimləyən nizamnamənin yeniləşdirilməsi zərurətini meydana çıxarmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni geniş elmi dünyagörüşlə, zəngin həyat təcrübəsi, çoxillik idarəetmə bacarığı ilə yanaşı, həm böyük həyat eşqi, nikbinlik səciyyələndirir. Ölkəmizin əsas elmi-təşkilati qurumuna uğurla rəhbərlik edən akademik Akif Əlizadə dünya ədəbiyyatına, Azərbaycan poeziyasına da yaxından bələddir. Akademiya mühitində ictimai elmi proseslərin təhlili istiqamətləndirilməsi proseslərində nadir poeziya incilərindən, poetik nümunələrdən yerli- yerində istifadə etməsi, möhkəm yaddaşa, mükəmməl hafizəyə sahib olması akademik Akif Əlizadənin böyük cavabdehlik hissi ilə yanaşı, həm bu işin özünəməxsus romantikasını da ürəkdən dərindən yaşadığını əyani surətdə nümayiş etdirir. Bütün bunların zəminində akademik Akif Əlizadənin simasında səksən yaşın ömrün fəaliyyətin dərkolunmuş yeni bir inkişaf mərhələsi olması konkret fakt nümunə kimi cəlbedici, düşündürücü əhəmiyyətli görünür. Azərbaycan elminin cavanlıq eşqi ilə yaşayıb çalışan ağsaqqalı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı elmimizin, ictimai fikrimizin inkişafı yollarında daha böyük uğurlar arzulayırıq.

 

 





25.02.2014    çap et  çap et