525.Az

Təkrarlanan tarix: yüz il əvvəl - yüz il sonra


 

Təkrarlanan tarix: <b style="color:red">yüz il əvvəl - yüz il sonra</b>

İkinci Qarabağ müharibəsinin başlanması ilə tarixin təkrarlanmasının bir daha canlı şahidi olduq. Qarabağ torpaqlarının azadlığı uğrunda qırx dörd gün qanlı döyüşlər getdi. Bu müddət ərzində həyəcanlı günlər yaşadıq, zəfərlərlə dolub-daşan anlar gördük. İyirmi səkkiz ildən bəri erməni işğalında qalan torpaqlarımız müzəffər ordumuzun zabit və əsgərlərinin qəhrəmanlığı, igidliyi ilə addım-addım azad edildi.

Həmin gərgin günlərdə tarixin payız yarpaqları kimi saralmış səhifələrinə boylandıqca gördük ki, yüz il əvvəl - 1920-ci ildə də Azərbaycan Ordusu Qarabağda erməni işğalçılarına qarşı vuruşub. Aradan bir əsr keçməsinə baxmayaraq, düşmənin nə adı, nə xisləti, nə də görkəmi dəyişmişdi, həminki erməni qəsbkarı idi. Bu qəsbkarların başını əzənlər də, dəyişilməmişdi, həmin Azərbaycan hərbçiləri, əsgərləri idi. Məkan da həmin məkan - Qarabağ idi! Bütün bunları gördükcə bir daha şahidi olduq ki, əlli il də, yüz il də keçsə, doğrudan da, tarix təkar olunurmuş.

1920-ci ildə Azərbaycan əsgəri cəsarəti, hünəri ilə Qarabağa sahib çıxmaq istəyən daşnakları qarşılarında diz çökdürmüş, məğlub etmişdi. Qarabağda üçrəngli bayrağımızı dalğalandırmışdı. 2020-ci ildə də Azərbaycan əsgəri sələflərinin yolunu şərəf və ləyaqətlə davam etdirərək Qarabağa sahib çıxmaq istəyən erməni qəsbkarlarına qarşı cəsarət və hünərlə vuruşdu, yağıları diz çökdürdü.

Azğın düşmən - həyasız erməni faşistləri yüz il əvvəlki məğlubiyyətlərindən ibrət dərsi götürmədilər. Yaşadıqları acı məğlubiyyətləri dərindən götür-qoy edib düzgün nəticə çıxarmadılar. Düzgün nəticə çıxarmadıqlarına görə də yüz ildən sonra yenə də silahlanıb Qarabağa sahiblənmək istədilər. Yüz ildən sonra yenə də Qarabağda cəsur Azərbaycan əsgərləri ilə üz-üzə gəldilər. Amma nə yaxşı ki, yüz əvvəlki kimi yenə də tarix üzlərinə gülmədi, məğlub oldular.

2020-ci il sentyabrın 27-də yurdumuzun azad edilməsi uğrunda qanlı döyüşlər başlandı. Bu tarixi döyüşlərdə Azərbaycan Ordusu böyük hərflərlə zəfər tarixi yazaraq bir-birinin ardınca erməni işğalçılarına sarsıdıcı zərbələr vurdu. Yağılar kənd-kənd, şəhər-şəhər tarixi ərazilərimizdən geri sıxışdırıldı. Demək olar ki, hər gün neçə-neçə kəndimiz qəsbkarların murdar caynaqlarından azad edildi. Qanlı döyüşlər gedən müddətdə biz çox qürurverici, iftixar dolu günlər yaşadıq. Ordumuzun zabit və əsgərləri döyüş meydanlarında böyük hünər və rəşadət göstərə-göstərə illərdən bəri iğalda qalmış torpaqlarımızı yağılardan təmizlədi. Yurdumuzun işğal etdiyi ərazilərini daim əlində saxlamaq istəyən erməni işğalçıları güclü əks-hücumlarla üzü Ermənistana tərəf qovuldu. Cəsur zabit və əsgərlərimiz qəhrəmancasına vuruşa-vuruşa azad edikləri ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırdılar.

Döyüşlərin ilk günlərindən Azərbaycan Ordusu güclü əks-həmlələri ilə üstünlüyü ələ aldı. Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələrindən sonra mövqelərini qorumağı bacarmayan qəsbkarlar məhvə sürükləndilər. Arxada qalan iyirmi səkkiz illik zaman çox şeyi dəyişmişdi, artıq işğalçının, işğalın sonu yaxınlaşmışdı. Ötən müddət ərzində güclənmiş, qüdrətlənmiş Azərbaycan Ordusu Qarabağ uğrunda gedən bu döyüşlərdə erməni qəsbkarlarına baş qaldırmağa, əl-qol atmağa imkan vermədi. Düşmən bir-birindən güclü olan zərbələr qarşısında aciz və gücsüz qaldı. Yağılar ha çalışıb manevr etsələr də, əks-hücuma keçməyə cəhd göstərsələr də, istəklərinə nail ola bilmədilər.

Azərbaycan Ordusu bu gözəl diyarımıza əbədi-əzəli sülh gətirdi. Erməni faşistlərin murdar və qanlı ayaqları Azərbaycanımızın müqəddəs torpaqlarından biryolluq kəsildi. 

Qələbəmizi düşündükcə fərəhlənir, sonsuz sevinc və qürur hissi keçiririk. Çünki yüz il əvvəl də Azərbaycan Ordusunun sarsıdıcı zərbələrini dadmış düşmən bu dəfə elə ağır və dəhşətli məğlubiyyətə düçar olub ki, daha nəinki yüz il, heç min il keçsə də, özündə qüvvət tapıb bizə qarşı baş qaldırmağa, vuruşmağa cürəti çatmayacaq. Bu, ermənilərin Qarabağda son döyüşləri, son çarpışmaları oldu. Bir daha həm Qarabağ torpaqlarında, həm də ölkəmizin başqa ərazilərində öz cızığından çıxa bilməyəcək.

 





20.01.2021    çap et  çap et