525.Az

Çin iqtisadiyyatı son 40 ildə ən zəif nəticə göstərdi


 

Çin iqtisadiyyatı son 40 ildə ən zəif nəticə göstərdi<b style="color:red"></b>

Çin iqtisadiyyatının keçən il 2,3 dəfə böyüdüyü açıqlanıb. Bu, ölkənin son 40 ildə qeydə aldığı ən aşağı artım tempi olsa da, ölkənin böyümə göstəriciləri bir çox analitikin gözləntilərini üstələyib.

525.az xəbər verir ki, yayımlanan məlumatlar Çinin 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, böyüyən yeganə böyük iqtisadiyyat olduğunu göstərir.

Artım məlumatlarını Milli Statistika Bürosunun spikeri Ning Jizhe açıqlayıb. O, artımın hökumətin COVID-19 epidemiyasına qarşı koordinasiya edilmiş planları ilə əlaqəli olduğunu söyləyib.

Aytac ASLAN

 





20.01.2021    çap et  çap et