525.Az

Dünya aviaşirkətləri ciddi ziyanla üzləşib


 

Dünya aviaşirkətləri ciddi ziyanla üzləşib<b style="color:red"></b>

Koronavirus pandemiyasının yaratdığı böhrandan çıxmaq üçün dünya üzrə bütün aviaşirkətlərə daha 70-80 milyard dollarlıq dəstək lazımdır.

525.az xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbəri bildirib. Baş Direktor Aleksandr de Yuniak iyunda peyvəndlərin təsiri hiss olunmağa başladığı üçün səyahət məhdudiyyətlərində ilk əhəmiyyətli azalmanın gözlənildiyini deyib.

Lakin hazırlanan statistika, ötən il uçuşlara olan qlobal tələbin təxminən 60% azaldığını göstərir. Bu, 2019-cu ildə 4,5 milyard sərnişin daşınıldığı halda, 2020-ci ildə təxminən 1,8 milyard sərnişin daşınılıb deməkdir.

Mənfəət səviyyəsinin onsuz da az olduğu bir sənayedə, hava yollarının 118 milyard dollar itirmiş olduğu təxmin edilir və vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

El ROMAN

 





20.01.2021    çap et  çap et