525.Az

Azərbaycanda tələbələrin sayı açıqlanıb


 

Azərbaycanda tələbələrin sayı açıqlanıb<b style="color:red"></b>

2020/2021-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60,0 min tələbə təhsil alıb, onların 62,4 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 198,7 min nəfər olub ki, onların da 48,9 faizini qadınlar təşkil edib.

2020-ci ildə ölkənin ali təhsil müəssisələrinə 45,0 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Bakalavriatura səviyyəsinə qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 50,4 faiz olub ki, onların da 77,8 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 48,9 faizi təqaüd alır.

 





21.01.2021    çap et  çap et