“Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı respublika ərazisində yaranan problemlərin səbəbini araşdırır.
525.az xəbər verir ki, bunu “APA-Economics”ə “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.
Onun sözlərinə görə, problemlər əsasən kənd yerlərində müşahidə olunub: “Rayon mərkəzlərində və strateji obyektlərdə qaz təchizatı ilə problemlər olmayıb”.
C. Səfərov onu da əlavə edib ki, hazırda İB mütəxəssislərdən ibarət heyət araşdırma aparır: “Araşdırma aparılır ki, problemlər harada yaranıb. Heyət ərazilərə ezam olunub”.
Şöbə rəisi qazın kəsildiyi rayonların adını sadalamayıb.