525.Az

DİN-in adından sosial şəbəkələrdə saxta məlumat təqdim edənlər artıb


 

DİN-in adından sosial şəbəkələrdə saxta məlumat təqdim edənlər artıb<b style="color:red"></b>

Son günlər Daxili İşlər Nazirliyinin (DİN) adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumaat görə, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", “İnstagram”, "Twitter", "Youtube" və “Telegram” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

Facebook - (https://www.facebook.com/polisazerbaycan/https://www.facebook.com/mia.gov.az/)

İnstagram – (https://www.instagram.com/polisazerbaycan/)

Youtube - (https://www.youtube.com/polisazerbaycan )

Twitter - (https://twitter.com/polisazerbaycan)

Telegram – (https://t.me/polisazerbaycan)

 





21.01.2021    çap et  çap et