525.Az

Musiqi sədaları altında peyvənd oldular


 

Musiqi sədaları altında peyvənd oldular<b style="color:red"></b>

COVID-19 xəstələri, canlı musiqi sədaları altında peyvənd növbələrini gözləyiblər.

525.az xəbər verir ki, peyvənd mərkəzi olaraq açıldığı ilk günündə Solsberi baş kilsəsində 80 yaşdan yuxarı təxminən min nəfərə peyvənd vurulub. Kilsənin musiqi direktoru, peyvənd növbəsini gözləyərkən insanların psixoloji rahatlanması məqsədilə musiqi əsərləri seçib və zalda səsləndirib.

Qeyd edək ki, İgiltərənin cənub-qərbindəki 800 illik baş kilsə karantin qapanmaları zamanı bağlanıb və kilsə xidmətləri onlayn aparılırdı.

El Roman

 





21.01.2021    çap et  çap et