525.Az

Ustad - Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə


 

Ustad - <b style="color:red">Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə</b>

Ustad

(Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə)

Ürəyinə su səpilsin, ey  ustad,
Yanan qəlbin  sakitləşsin, soyusun.
Qarabağın qışı gedib, ey ustad,
Məğrur ruhun artıq rahat uyusun.

Borçalıdan haray çəkdin bu yana,
Nər  oğullar  dayanmayın, amandı.
Tapdatmayın bu torpağı düşmana,
Şuşam yanır od içində , zamandı.

Sən  yatmazdın  Şuşa boyda dərd ilə,
Ölüm belə məzarında uyutmaz,
Oyan , ustad  qələmini al ələ.
Oyan şair, qılınc qələmsiz olmaz.

Mərdin işi gərək düşə mərd ilə,
Dövran bizi namərdlərlə sınadı.
Əsir düşmüş el obançün say, hələ
Neçə dəfə şair könlün  qanadı?

Vətən  bizə  Vətən boyda dərd ilə
Nalə çəkdi  qız gəlinin  dilindən.
Ürəyini  dəlib keçən dərd ilə,
Haray çəkdin körpələrin dilindən.

Utanırdın neçə vaxtdı Kəlbəcərsiz, Şuşasız,
Soyuqlarda pərən düşüb elin, yurdsuz yuvasız.
Düşmən qəddar, düşmən cəllad , amansız -
Qəlbin yandı, od püsgürdün bu dövrana, ey ustad.

İndi qalxsın şair könlün, məzardan, Zəlimxan,
Seyr eləsin  qürur ilə Cəbrayıldan , Laçından ...
Vaxtı  gəldi badə  götür axan Tərtər , Xaçından
Sərin su tək səp ruhuna, ruhun dinsin, ey ustad.

Görürsənm , Kəlbəcərin dağı-daşı sevinir,
Bilirsənmi  Zəngilanın axar yaşı sevinir,
Nəzər eylə, Qubadlıda bulaq başı sevinir
Qarabağa qədəm qoyan əsgərinlə, ey ustad.

Agah ol ki, xar oldular Şuşa mənim deyənlər.
Şükür olsun geri döndü Şuşasına  ərənlər,
Ürəyində Şuşa boyda Şuşa dərdi gedənlər
Zəlimxantək ruhlarınız şad olsun,
Bu ərməğan  xalqımıza yar olsun!

Aygün XƏLİLQIZI

Bakı Dövlət Universitetinin müəllimi.

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 





21.01.2021    çap et  çap et