525.Az

Əlil arabasında 250 metr yüksəkliyə dırmandı


 

Əlil arabasında 250 metr yüksəkliyə dırmandı<b style="color:red"></b>

Onurğa beyni iflici xəstələrinə dəstək olmaq istəyən alpinist maraqlı yola əl atıb.

525.az xəbər verir ki, əlil arabasında olan alpinist pul toplamaq məqsədilə Honq Konqdakı bir göydələnə dırmanıb. O, bunun nəticəsində qazanacağı 5.2 milyon dolları xeyriyyə üçün bağışlayacağını bildirib. On il əvvəl keçirdiyi yol qəzasından sonra iflic olan Lai Chi-Wai, 250 metr hündürlüyü olan Nina qülləsinə dırmanıb.

Qeyd edək ki, qəzadan əvvəl o, Asiyada qayaya dırmanma çempionu və dünyanın ən yaxşı səkkizinci alpinisti idi.

El Roman

 





21.01.2021    çap et  çap et