|
|
|
|
Bir qrup ziyalı hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun zaminə buraxılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
525.az xəbər verir ki, sabiq səfirin yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, ziyalılar- Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairləri Ramiz Rövşən və Vahid Əziz, eləcə də Xalq artisti Rasim Balayev və Əməkdar jurnalist Əlövsət Ağalarov prezidentə müraciət edərək Eldar Həsənovla bağlı həbs-qətimkan tədbirinin zaminliklə əvəzlənməsi və onun zaminə buraxılmasını xahiş ediblər.