525.Az

Budapeştdə 20 Yanvar şəhidləri anıldı - Fotolar


 

Budapeştdə 20 Yanvar şəhidləri anıldı - <b style="color:red">Fotolar</b>

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.

525.az xəbər verir ki, səfirliyin həyətində 20 yanvar faciəsi qurbanlarına həsr olunmuş güşə yaradılıb və şamlardan “20 Yanvar” yazısı illüstrasiya edilib.

Tədbirdə Macarıstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və diaspor nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev 31 il öncə törədilən qanlı hadisələr barədə məlumat verib.

O, çıxışı zamanı 30 ilə yaxın müddətdən sonra nəhayət Azərbaycan torpaqlarının işğaldan azad olunması və bunun bölgədə yeni tarixi mərhələnin başlanğıcı olduğunu vurğulayıb.

 





21.01.2021    çap et  çap et